Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb

13:05 - 8 Mart 2021 - HADİSƏ

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-sı saat 17 radələrində rayonun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub. Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti