Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

14:16 - 2 Mart 2021 - Xəbər

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

Məlumata görə, indiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test aparılıb.

Xəbər xətti