Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı - Foto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan  verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Qax rayonu, Qarabaldır kəndində yerləşən hüquqi şəxs “Floral Glade” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsinə baxış keçirilib. İlkin baxış zamanı müəssisəsinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar olunub. Müəssisədə istehsal olunan süd məhsullarının üzərində qanunvericiliyə uyğun zəruri məlumatların (istehsal tarixi, saxlama müddəti və s.) qeyd olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

 

Tarix
27 Yanvar 2021 [15:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 15:45:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin