Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub. N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üşün məhkəməyə göndərilib.
Tarix
24 Yanvar 2021 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-24 13:25:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin