Ermənistan Qarabağ müharibəsində itkilərinin sayını açıqladı

Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Tiqran Avinyan müharibədə 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

“Onlardan 766-sının şəxsiyyəti hələ müəyyən edilməyib. İtkin düşənlər də var. Son rəqəmləri açıqlamaq istəmirəm. Ancaq ölənlərin sayı 4 mindən çox olmayacaq”.

Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 300-dən çox insan itkisinin olduğunu etiraf etmişdi.
Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.

Tarix
20 Yanvar 2021 [20:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-20 20:25:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin