Biləsuvarda şəhid gizir dəfn edilib- FOTO

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd oğlunun nəşi doğulduğu Biləsuvar şəhərinə gətirilib.

44 günlük Vətən Müharibəsində şəhid olan N.Əlizadə ilə yaşadığı evində vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, digər rəsmi şəxslər, eləcə də rayonun ictimaiyyət nümayəndələri və sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimindən sonra şəhid gizirin şücaətindən söz açılıb, onun düşmənə qarşı göstərdiyi qəhrəmanlığı haqqında məlumat verilib. Qeyd olunub ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar məhz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində azad olunub.

Həmçinin bildirilib ki, şəhid N.Əlizadənin və ümumiyyətlə, İkinci Qarabağ Müharibəsində şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və Azərbaycan Ordusu şəhid hərbçilərimizin qisasını elə döyüş meydanında alıb.
Ən böyük arzusu futbolçu olmaq idi.

Allah rəhmət eləsin!
///report

Tarix
29 Noyabr 2020 [16:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-29 16:20:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin