Millət vəkilinin ailə sürücüsü koronavirusdan öldü

11:18 - 24 Noyabr 2020 - Xəbər

Millət vəkili Fəzail Ağamalının ailə sürücüsü koronavirusdan vəfat edib.

Bəhruz Allahverənzadə 15 gün COVİD-19-la mübarizə aparsa da sonda həyatını itirib. O, uzun müddət F.Ağamalının ailə sürücüsü kimi işləyirmiş.

Hadisəyə aydınlıq gətirmək üçün Millət vəkilinin özü ilə əlaqə saxladıq. Fəzail Ağamalı açıqlamasında məlumatın doğruluğunu təsdiq etdi:

“Bəli, Bəhruz mənim nəvələrimin sürücüsü idi. Təqribən 64 yaşı var idi. 15 gün olardı ki, bu xəstəliyə yoluxmuşdu. Dünən o xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin!”.///baku.ws

Xəbər xətti