XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.
Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.
F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.///trend

Tarix
23 Sentyabr 2020 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 12:10:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin