Yandırılan məktəblinin vəziyyəti açıqlanıb

10:43 - 21 Aprel 2026 - Cəmiyyət

286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırkı vəziyyəti açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, TƏBİB-dən uşağın vəziyyətinin ağır olduğu bildirilib.

"Dünən yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".

Qeyd edək ki, hadisə dünən baş verib. Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Xəbər xətti