İran Xarici İşlər Nazirliyi ABŞ-ın İran konteyner gəmisini ələ keçirmək üçün etdiyi hərəkətləri dəniz piratçılığı adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Nazirlik Vaşinqtonu gəmini, onun heyətini və onların ailələrini azad etməyə çağırıb.
Tehran qeyd edib ki, İran milli maraqlarını qorumaq üçün bütün imkanlarından istifadə edəcək və ABŞ regionda vəziyyətin daha da gərginləşməsinə görə tam məsuliyyət daşıyır.