NATO-nun baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edəcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ucnoqta.az bildirir ki, NATO-nun mətbuat xidməti bu barədə məlumat verib.
"NATO-nun baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Ankaraya səfər edəcək. O, prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər və müdafiə nazirləri ilə görüşəcək, həmçinin müdafiə sənayesi zavoduna baş çəkəcək. Mətbuat brifinqləri planlaşdırılmır", - deyə mətbuat xidməti bildirib.
Xarici liderlərin Brüsseldəki NATO qərargahına səfərləri zamanı mətbuat brifinqləri keçirilmir, lakin bu, NATO baş katiblərinin xaricə səfərləri üçün olduqca nadir haldır.