Rusiyada oğrular inkassator avtomobilinə silahlı basqın ediblər
Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Krasnoyarsk vilayətində oğrular bank filialında inkassatorlara hücum ediblər. Onlar inkassatorları güllələyib, 2 milyon rubl aparıblar. Hadisənin görüntüləri anbaan yaxınlıqdakı kameraya düşüb. Krasnoyarsk DİN əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçirir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin vəziyyəti ağırdır. Onlar əməliyyat olunub.