İran ABŞ-a xəbərdarlıq etdi

20:06 - 17 May 2020 - DÜNYA

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İslam Respublikasında ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-nin mətbuat xidmətindən bildiriblər. A.Araqçı İsveçrə səfiri ilə söhbərində Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.

Bundan əlavə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərib.

Xəbər xətti