Bakıda soyğunçuluq hadisəsi baş verib.
Hadisə aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs qəsəbə sakini qadının mobil telefonunu soyğunculuq yolu ilə ələ keçirib.
Daha sonra qadın bu barədə polisə müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşların tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı başlanan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.