Əməkdar artist Aygün Bəylərin əslən Ermənistandan olan müğənni İlona Nersesyanla duet oxuması müzakirələrə səbəb olub.
Yutubda yayılan görüntülərdə hər iki sənətçi tədbirlərin birində “Tut ağacı” mahnısını canlı şəkildə ifa edib. Tezliklə sosial şəbəkələrdə paylaşılan video tənqidlə qarşılanıb, A. Bəylərin ünvanına mənfi rəylər yazılıb.
Əməkdar artist mövzuya “Səni axtarıram” proqramında aydınlıq gətirib. İfaçı qeyd edib ki, İlonanın erməni olmağından xəbərsizdir:
“Səhnəyə çıxan heç kəsdən nə pasport, nə də sənəd istəyirik. Duetimizi özü çəkib. Dedikləri kimi erməni də deyil. Mən bildiyim qədəri ilə İsraildə yaşayır. 18-19 il əvvəl bir araya gəlmişdik. İndiki həssas dövrdə bu cür videonun yayılması düzgün deyil.
Onsuz da insanların qəlbi kövrəkdir. Ümid edirəm ki, şərh yazan mənfi fikirli insanların beynindən belə şeylər silinəcək. Musiqiçini sevmək, təb vermək lazımdır. Mən hamını sevirəm”.///qafqazinfo