Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.