Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.
“Koronavirus atamı məndən aldı. Onunla vidalaşmaq üçün mənə sadəcə iki dəqiqə vaxt verdilər”, - bəstəkarın qızı bildirib.
L.Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.
Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.