Siyasətçi efirə mina ilə gəldi

16:25 - 18 Fevral 2026 - DÜNYA

Müxalifətdəki Polşa Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Mixal Dvorçik Wirtualna Polska onlayn portalına verdiyi müsahibəyə Ukrayna istehsalı olan təlim piyada əleyhinə mina gətirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, o, bunu hər kəsə Polşanın 20 fevralda piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından rəsmi olaraq çıxacağını xatırlatmaq üçün edib.

O, hesab edir ki, Polşa silah şirkətləri mümkün qədər çox döyüş sınaqlarından keçirilmiş silah və sursat istehsal etməlidir. O, Polşanın piyada əleyhinə minalarının iki əsas istehsalçısı kimi WB Electronic və Niewiad w. şirkətlərini dövlətin dəstək göstərməsini təklif edib.

Xəbər xətti