"Borussiya Dortmund" oyunçuları və işçi heyəti İtaliyanın Atalanta komandasına qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin pley-off mərhələsindəki ev oyununa gec gəliblər.
Ucnoqta.az xəbər verir ki, "Borussiya Dortmund" mətbuat xidməti bu barədə məlumat verib.
Matç 15 dəqiqə gecikib. Oyunun saat 00:00-da başlaması planlaşdırılırdı.
Matçın cavab oyunu 25 fevralda İtaliyada keçiriləcək. Bu matçın qalibi 1/8 finalda İngiltərənin "Arsenal" və ya Almaniyanın "Bayern Münhen" komandaları ilə qarşılaşacaq. 1/8 finalın püşkü 27 fevralda atılacaq.