Çay evində pilləkənlərdən yıxılan şəxs xəstəxanada öldü

16:37 - 18 Fevral 2026 - Cəmiyyət

Göyçay sakini çay evində pilləkənlərdən yıxılaraq həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 16-sı Göyçay şəhərində baş verib.

Belə ki, 36 yaşlı Cavid Əhmədov çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti