Duman nə vaxta qədər davam edəcək?

09:09 - 19 Fevral 2026 - ÖLKƏ İÇİ

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

Xəbər xətti