Elçin Səmədov Sabirabad Peşə Liseyində direktor vəzifəsinə təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Elçin Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.
2010-2017 - ci illərdə Sabirabad rayonu E. Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışıb, Sabirabad rayonu İ. Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
2017 - 2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə. Xanlarov adına tam orta məktəbə direktor vəzifəsində çalışıb.