Bakının Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində piyadaya yol vermək üçün dayanan maşınlar qəzaya düşüb.
Ucnoqta.az xəbər verir ki, 90 CH 500 dövlət nömrə nişanli avtomobil piyada keçidinin qarşısında dayanıb. Bu zaman arxadan gələn qara rəngli "BMW" markalı avtomobil "Mercedes"ə çırpılıb. "BMW" markalı, 99 TC 328 dövlət nörmə nişanlı avtomobil də onlara çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, "BMW"lərin ikisinə də ciddi ziyan dəyib. "Mercedes"in sadəcə arxa spolleri qopub.