“Bu qızlar deyəsən, ibtidai icma dövründəki kimi lüt gəzmək istəyirlər”

12:53 - 10 Mart 2020 - MAQAZİN

Azərbaycanın tanınmış mədəniyyət üzvləri Bakıda 8 Mart günü qanunsuz aksiya keçirən fəallarla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.

Əməkdar artist Aybəniz Haşımova yürüyüşdən görüntülər paylaşaraq orada iştirak edən xanımları tənqid edib: “Bunun adı nədir? Kaş mən öləydim, millətimin bu günə düşməyini görməzdim”.

Müğənninin postuna Əməkdar artist Məlahət Abbasova da şərh yazıb: “Allah onları öldürsün ki, biz bu günü görməzdik. Əxlaqsız, ailə tərbiyəsi, sevgisi görməyən, namusdan, şərəfdən, ləyaqətdən uzaq olan belə insanların aksiyasına kim icazə verib? “Bozbaş yox, üsyan var” plakatını açan xanım heç bozbaş bişirənə oxşayır? “... azadlıq” yazan tərbiyəsizə demək lazımdır ki, sən zatən o azadlığı yaşayırsan. Sənin üçün bundan artıq nə azadlıq ola bilər? Biz Avropa ölkəsi deyilik, avropalılar belə qələti etmir”.

Əməkdar artist Nüşabə Ələsgərli də aksiyada iştirak edən gəncləri qınayıb: “Bu oğlanlar və qızlar deyəsən, ibtidai icma dövründəki kimi lüt gəzmək istəyirlər. 1, 5 milyon il əvvəl insan şüursuz heyvan kimi yaşayıb, indi o dövrə qayıtmaq istəyirlər?”

Müğənni Nadir Qafarzadə mövzu barədə post paylaşsa da, daha sonra silib./qafqazinfo

Xəbər xətti