Kütləvi zəhərlənmənin baş verdiyi şadlıq sarayının administratoru DANIŞDI

22:34 - 19 Aprel 2025 - Cəmiyyət

Kütləvi zəhərlənmənin qeydə alındığı "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev Baku TV-yə danışıb.

Onun sözlərinə görə, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Xəbər xətti