Formula 1 Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi məlum olub

22:52 - 20 Aprel 2025 - İDMAN

"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının - Səudiyyə Ərəbistanı Qran Prisinin beşinci raundunda qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, yarış Ciddə şəhər trekində baş tutub.

İkinci yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen tutub. İlk üçlüyü Ferrari komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb.

Piastri 99 xalla ümumi çempionat cədvəlinə başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norris (89 xal), ilk üçlüyü isə son dörd dünya çempionatının qalibi Verstappen (87) tamamlayır.

Konstruktorlar çempionatına 188 xalla McLaren başçılıq edir. İlk üçlükdə Mercedes (111) və Red Bull (89) da yer alıb.

Xəbər xətti