Manaf efirdə meydan oxudu: “Sənin yerinə bu sözü kişi desəydi, gecə ilə həll edərdim” - Video

13:24 - 6 Mart 2020 - MAQAZİN

Müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə “Hər şey daxil” verilişində danışıb:

“Haqqımda danışanın sənəti yoxdur. O, vacib deyil. Sənətim barədə Habil Əliyev, Ağaxan Abdullayev, Niyaməddin Musayev sözünü deyib. Mənim nə boyda sənətim var, onu bilirlər. Sənətkar desə, inciməzdim. Oxumaqdan xəbəri yoxdur. Dediyi ləzzət etmir.

Bir də ki, “Manaflar” deyir. Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Cavanlar da hamısı mənim kimi oxumaq istəyir. Özümü harada görürəm, onu oxuyuram.

Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Ömür boyu müdafiə etmişəm. Bu dəqiqə həyəcanlısan. Kaş sizin yerinizə bu sözü hansısa kişi deyəydi. Onu həmin gecə həll etmişdim, yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm. Sizin evinizdə olmuşam.

Elzanın 8 Mart bayramını təbrik edirəm. Qadınla nə danışım? Ona nə deyim? Bir söz deyəcəm, deyəcəklər ki, centlmen olaydın, sən kişisən”.

Xəbər xətti