İdlibdə Suriya Hərbi Hava Qüvvələrinə məxsus iki SU-24 qırıcısı vurulub.
Bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Türkiyə qırıcılarına hücum edən 2 qırıcı təyyarə Türkiyə hərbi hava qüvvələri tərəfindən məhv edilib. Suriya mətbuatı ölkənin iki hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib. Onlar pilotların sağ qaldığını qeyd edib.
Qeyd edək ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başladığını elan edib. /oxu.az