Əməkdar artist: "Gəncədə tursikdə səhnəyə çıxdı, 200 min alıb getdi" - VİDEO

13:10 - 3 Fevral 2020 - MAQAZİN

"Hadisə Gəncədə tursikdə konsert verdi, 200 minini də alıb getdi"

Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva söyləyib. Prodüser Tarix Əliyevin (Tolik) "Youtube" layihəsində qonaq olan sənətçi sosial şəbəkədə ünvanına yazılan bəzi mənfi rəylərdən şikayətlənib:

"Mənim tül paltarımın astarı bir balaca yuxarı qalxmışdı, "İnstagram"da nələr yazmadılar. Sərhədin o tayından gələnləri bəhbəhlə qarşılayırlar. O timsaha oxşayan ağzını açıb gic kimi gülən Demet Akalın var e, kimdir axı?! O bizim müğənnilərin dırnağı da deyil! Lap qulağına da çatsın. Hadisə Gəncəyə gəldi, səhnəyə tursikdə çıxdı, 200 min aldı getdi. Onlara niyə hörmət edirlər, pis söz yazmırlar? Mən elinizin qızıyam, özüm də söz-söhbətdən qorxuram. Niyə mənə pis söz yazırsız?"


​/baku.ws

Xəbər xətti