Bakı sakininə bıçaqla hədə-qorxu gəlib maşınını əlindən aldılar

15:11 - 25 Yanvar 2020 - HADİSƏ

Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək maşını əlindən alınıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti