Zirəddindən Nərminin qətli ilə bağlı AÇIQLAMA: "Məndən informasiya istəyirdilər"- VİDEO

11:32 - 20 Yanvar 2020 - Xəbər

Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevdən kömək istəyib.

 Z.Rzayev bunu “İri Plan” “Youtube” kanalına müsahibəsində deyib. O, müsahibəsində qeyd edib ki, Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda olub. Tovuz polisi Z.Rzayevdən qatili tapmaları üçün kömək istəyib:
“Məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Zirəddin Rzayevin video müsahibəsini təqdim edirik.


​/baku.ws

Xəbər xətti