Qadın millimizin futbolçusu toyunda ÇL himni ilə tort kəsdi - Video

18:02 - 13 Yanvar 2020 - Xəbər

Qadın millimizin futbolçusu Manə Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.

Rusiyanın “Ryazan” klubunun 21 yaşlı futbolçusunun toy mərasimi Bakıdakı şadlıq saraylarından birində təşkil edilib. Toyda "tort kəsmə" mərasimində maraqlı anlar yaşanıb. Futbolçunun top formasında olan tortu kəsilən zaman Çempionlar Liqasının himni səsləndirilib./qafqazinfo

Xəbər xətti