Rusiyadan gələn gənc qadın 4 yaşlı qızının atasını AXTARIR - VİDEO

10:29 - 20 Dekabr 2019 - Xəbər

Rusiyada yaşayan Gülnarə adlı gənc qadın azyaşlı qızı ilə bərabər sevgilisini axtarmaq üçün Bakıya gəlib.

"Səni axtarıram" proqramına gələn Gülnarə saxlamaq iqtidarında olmadığını bildirərək 4 yaşlı qızı Fatiməni aparıcı Xoşqədəm Hidayətqızının üstünə atıb. O deyib ki, qızının atası Balakən rayonunda yaşayan Məhəmməd Qulubəyli Nizami oğludur. Efirə gəlməkdə məqsədinin Məhəmmədin tapılması və Fatiməni ona təhvil verərək Rusiyaya dönmək istəyi olduğunu deyib.

Aparıcı efirdən Məhəmmədə səslənərək uşağına sahib çıxmasını istəyib. Məhəmməd sonuncu dəfə 8 ay bundan əvvəl onunla telefon vasitəsilə əlaqə saxlayıb və Rusiyadan 10 illik deportasiya olunduğunu xəbər verib.

Türk seriallarının aktyorlarına bənzəyən Məhəmmədin xarici görünüşü efirdə nümayiş olunan fotoları aparıcını və tamaşaçıları heyrətləndirib.


//baku.ws

Xəbər xətti