"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo "Sampdoria" ilə oyuna damğa vurub.
Komandasının qələbə qolunu vuran Ronaldo topu 2 metr 56 santimetr yüksəklikdən qapıya göndərib. 71 santimetr sıçrayan futbolçu Aleks Sandronun ötürməsini qola çevirə bilib.
İtaliya A seriyasının 17-ci həftəsində qələbə qazanan "Yuventus" xallarının sayını 42-yə çatdırıb.
Qeyd edək ki, ötən gün İspaniya çempionatının iki əzəli rəqibi “Barselona” və “Real Madrid” klubları qarşılaşıb.
17 ildən sonra ilk dəfə 2 klub da qol vura bilmədən meydannı tərk edib. Ronaldonun möhtəşəm qolu “El-Klassiko”nu kölgədə qoyub. Dünya mətbuatı Ronaldonun qoluna daha çox yer ayırıb.
/baku.ws