“Yuventus”un hücumçusu Kriştiano Ronaldo oyundan sonra meydançaya qaçan fanatları ilə selfi çəkdirməyə razılıq verməsi ilə tanınır.
Lakin bir gün əvvəl portuqaliyalı oyunçu Leverkuzendə azarkeşlərdən birinin davranışından narazı qalıb. Bu barədə “Daily Mail” xəbər verib.
Baş verənlərin foto və videogörüntüsü sosial şəbəkələrdə yayılıb.
Meydançaya qaçan fanat Ronaldo ilə selfi çəkdirməyi o qədər arzulayırmış ki, görünür qəfil onun boynundan tutarkən gücünü hesablamayıb. Baş verənlər Kriştiano üçün gözlənilməz oldu. “Yuve” hücumçusu öz narazılığını əl-qol atmaq və azarkeşin ünvanına nəsə söyləməsi ilə göstərdi.