Rus repçi məşhur meyxananı oxudu - Video

14:13 - 6 Dekabr 2019 -

“Black Star” musiqi şirkətinin siması, Rusiyanın tanınmış repçisi Doni meyxanaçı Elsevər Qəmlinin mahnısını ifa edib.

O, həmyerlimizin “Youtube”da 6 milyona yaxın baxış toplayan “У моей девушки день рождения” mahnısını repertuarına daxil edib. Doni instaqram səhifəsində Elsevərin adını “tag” edərək mahnını başqa bir tərzdə səsləndirdiyini vurğulayıb:

“Bu mahnını bəziləri öz tərzində ifa edib. Lakin mən qərara gəldim ki, bu işə başqa tərəfdən yanaşım. Bəstənin əsl müəllifini tapmaq və onunla əlaqə saxlamaq, eləcə də birlikdə işləmək imkanım oldu. Nəticədə, trek yüksək keyfiyyətdə işıq üzü gördü”. /qafqazinfo

Xəbər xətti