Məşhur aktrisa Pərvin Abıyevnına 26 yaşlı polis sevgilisi Murad Abdullayevlə ad günü məclisində çəkilən yeni görüntüsü yayılıb.
Yayılan görüntülərdə aktrisa və rəqqasə Renka Muradın qarşısında oriyental oynayıb. Hətta səbəbkar rəqs edən xanımın sinəsinə pul da basıb. Pərvin Abıyevanın Muradın qarşısında rəqs etməsi diqqət çəkib.
Qeyd edək ki, M.Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb.
DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib./baku.ws