Məşhur aparıcı Xoşqədəm Hidayətqızının "Xoşqədəmli bir gün" youtube layihəsinin növbəti qonağı Ekstrasens Zirəddin Rzayev olub.
Teleaparıcı ekstrasens ilə Moskva şəhərində görüşüb. Rzayev ilk dəfə evinin qapısını məhz X.Hidayətqızı üçün açıb. Verilişdə onun xanımı maraqlı açıqlamaları ilə yadda qalıb. O, Zirəddinin gözəl həyat yoldaşı və ata olduğunu bildirib:
“O, çox gözəl atadır. Elə bir insandır ki, öz qızlarıma onun kimi həyat yoldaşı arzu edirəm",- deyə Rzayevin həyat yoldaşı qeyd edib.
Xatırladaq ki, Hidayətqızı "Xoşqədəmli bir gün"ün 8-ci bölümünü təqdim edib./olke.az