Peruda mağazaların birində qəribə oğurluq hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, venesuelalı qadın alış-veriş mərkəzində 8 ədəd şalvarı üst-üstə geyinərək oğurlamağa çalışıb. Mağaza mühafizəçiləri tərəfindən tutulan qadının şalvarları bir-bir çıxararkən çəkilmiş videosu yayılıb.
Video qısa müddətdə sosial şəbəkələrdə izlənilmə rekordu qazanıb.