“Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Ukraynanın Odessa beynəlxalq hava limanına qəza enişi edib. Ucnoqta.az xəbər verir ki, təyyarədəki nasazlıq səbəbindən aeroportda uçuşlar bir saat yarım təxirə salınıb. Bu barədə “Dumskaya” nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul-Odessa marşrutu ilə uçan “Boeing 737” təyyarəsi zolağa eniş etdiyi zaman ön şassi sınıb. Təkərini itirmiş hava gəmisi 3-cü 4-cü uçuş-eniş zolağının ortasında dayanıb. Pilot sərnişinləri təcili hava trapından təxliyə edib. Nəticədə xəsarət alan olmayıb.
Nəşrin yazdığına görə, pilot şiddətli külək səbəbindən təyyarəni birinci dəfədə endirə bilməyib, ikinci dövrədən sonra enişi həyata keçirib.
Aeroportdan bildiriblər ki, hazırda hava limanı ştat rejimində çalışır.
Namiq Musayev