Fərqanə Qasımova: “Heç kim deyə bilməz ki, Nəsimi ilinə möhür vurdum”

19:19 - 19 Noyabr 2019 - Mədəniyyət

Əməkdar artist Fərqanə Qasımova Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Sığmazam” adlı layihəsinin təqdimatını keçirib.

Ucnoqta.az” xəbər verir ki, “Baku book center”də baş tutan tədbirdə ziyalılar, KİV nümayəndələri iştirak edib. Xanəndə əsərin nümayişindən əvvəl media təmsilçilərinin suallarını cavablandırıb:
“Bu il dahi şairimiz İmadəddin Nəsiminin “Sığmazam” şüarı altında toplaşdıq. Nəsiminin çoxsaylı qəzəlləri var. Amma “Sığmazam” bu ilin simvoludur. Nəsiminin öz dili var. Hərə onu necə istəyirsə, elə də başa düşür. Hər kəs də özünəməxsus şəkildə ona yanaşır. Bir şeyi də əlavə edim, Nəsiminin kitabı açıqdır, ona görə də heç kim deyə bilməz ki, Nəsimi ilinə bu əsərlə möhür vurdum. Eləcə də mən”.

Daha sonra əsərin premyerası baş tutub. Bunun ardınca Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova səhnədə canlı ifa ediblər.

Rövşən Tahir


Xəbər xətti