Bakı Bələdiyyə Teatrının 27 yaşı tamam olur

17:48 - 10 Noyabr 2019 - Mədəniyyət

Bu gün Bakı Bələdiyyə Teatrının 27 yaşı tamam olur. Məhz 27 il bundan əvvəl xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun təşəbbüsü ilə bu teatr fəaliyyətə başlayıb.

Ucnoqta.az” xəbər verir ki, teatrın 27 illiyi ilə əlaqədar truppası İsa Hüseynovun “Məhşər” romanının motivləri əsasında “Nəsimi” adlı tamaşa hazırlayırlar. Tamaşanın səhnə müəllifi Çingiz Ələsgərli, rejissoru isə xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, tamaşanın premyerası 12 noyabr tarixində Akademik Milli Dram Teatrda baş tutacaq. Biz də teatrın bütün əməkdaşlarını yaşları münasibətilə təbrik edir və premyerada uğurlar arzulayırıq.

Rövşən Tahir


Xəbər xətti