“Atılmışlar” serialının Gülnarı: “Ürəyə düşmək, ruha enmək lazımdır”

10:47 - 21 Oktyabr 2019 - Mədəniyyət

Xəbər verdiyimiz kimi , oktyabr ayının 17-də Teatr Xadimləri İttifaqının Rejissor laboratoriyasında “Baxış” festivalı keçirilmişdir.

Festivalda 7 tələbənin hazırladığı müxtəlif tamaşalar nümayiş etdirilib ki, bunlardan biri də Səbinə Məmmədovanın rejissorluğu ilə hazırlanan “Ürəyə düş” tamaşası idi. Pərvin Nurəliyevanın eyni adlı pyesinin motivləri əsasında hazırlanan tamaşada rolları Zemfira xanım Əbdülsəmədova, Elşən Hacıbabayev, Yasin Həzirə və elə Səbinə xanımın özü ifa ediblər. Yüksək anşlaqla qarşılanan və İttifaqın rəhbəri Azərpaşa Nemətov tərəfindən diplomla təltif edilən tamaşanın rejissoru Səbinə xanım Məmmədova Ucnoqta.az-a açıqlama verib:

- “Ürəyə düş” pyesini oxuyanda göz yaşlarımı saxlaya bilməmişdim. Əsər məni özünə çox bağlamışdı. Buna görə də Bəhram müəllim Osmanovun rəhbərlik etdiyi Laboratoriyaya müraciət edib yenidən rejissor dərslərinə qatılmaq və tamaşa qurmaq istədiyimi bildirdim. Mənə şərait yaradıldı. Beləcə, “Ürəyə düşmək, ruha enmək lazımdır” deyib uğrulu tamaşa ərsəyə gətirdik. Çalışdıq ki, yaxşı bir iş ortaya qoyaq. Nə dərəcədə bacardıq, bunu tamaşaçılar deyə bilər.

Bunu da qeyd edim, tamaşamıza dəyər verib təltif etdiyi üçün Azərpaşa müəllimə təşəkkürümü bildirirəm”.

Rövşən Tahir


Xəbər xətti