Ermənistan ordusu işğal etdikləri torpaqlarda hərbi təlimlərə başlayıb
12:06 - 3 Oktyabr 2019 - Xəbər
Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb.
APA-nın xəbərinə görə, Ermənistan ordusu Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlərə start verib. Ağır artilleriyadan açılan atəş səsləri Tərtər və Ağdamın kəndlərindən eşidilir.