Ağcabədidə avtomobil qaz xəttini zədələyib

14:27 - 2 Oktyabr 2019 - Xəbər

Ağcabədidə avtomobil qaz kəmərini qırıb

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məmuata görə, Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar. Nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəttin bərpası istqamətində işlər aparılır.

Xəbər xətti