“Təcili tibbi yardım” maşını işıq dirəyinə çırpıldı - VİDEO

15:11 - 30 Sentyabr 2019 -

Moskvada “təcili tibbi yardım” maşını qəzaya uğrayıb. Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə Vozdvijenke küçəsində qeydə alınıb.

Polisin məlumatına görə, “təcili tibbi yardım” maşını əvvəlcə başqa bir avtomobillə toqquşub sonra isə sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hazırda insidentin baş verdiyi yolda sıxlıq var.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

 

Namiq Musayev

 

 

Xəbər xətti