Çində havası çatmayan sərnişin təyyarənin təcili çıxış qapısını açıb. Ucnoqta.az xəbər verir ki, insident Hubei bölgəsinin Vuhan şəhərində yerləşən hava limanında qeydə alınıb.
Məlumata görə, “Xiamen” hava yollarına məxsus təyyarədə sərnişin təcili çıxış qapısını açıb və bunu da təmiz hava almaq üçün etdiyini söyləyib.
Qansu əyalətindəki Lanzhou şəhərinə getmək üçün havaya qalxmaq üzrə olan təyyarə sözü gedən səbəbə görə, bir saat gecikmə ilə hərəkət edib.
Qapını açan sərnişinə “Niyə göyərtə işçilərinin göstərişlərini pozaraq qapını açmısınız” sualına 50 yaşlarında olan qadın “Təyyarə çox havasız idi və təmiz havaya ehtiyacım vardı” sözlərini deyib.
Başqa bir sərnişin tərəfindən qeydə alınan görüntüləri sürətlə sosial şəbəkədə yayılıb.
Namiq Musayev