İspaniya La Liqasının VI turunda "Vilyarreal" üzərində qələbə qazanan "Barselona" (2:1) kapitanı Lionel Messini yenidən itirib.
Oyunun birinci hissəsində zədələnən argentinalı superulduz fasilədən sonra əvəzlənib. 32 yaşlı hücumçu çempionatın növbəti turunu buraxmaq təhlükəsi ilə üzləşib. Hər şeyə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Baş məşqçi Ernesto Valverde oyun zamanı sol bud əzələsində ağrılar hiss etdiyi üçün Leonu əvəzlədiyini söyləyib. O, kapitanın "Xetafe" ilə matça qədər sağalacağına ümid etsə də, onu riskə atmayacağını da vurğulayıb.
Qeyd edək ki, "Xetafe" - "Barselona" oyunu sentyabrın 28-də keçiriləcək./matc.az