UEFA Gənclər Liqasının I raundunun ilk mərhələsi çərçivəsində keçiriləcək APOEL (Kipr) – “Qəbələ” matçının hakim təyinatları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Nikosiyada keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Furkat Atacanov olacaq. Denis Labaşyov və Sergey Kalaçyov baş hakimə kömək edəcək. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq. Dördüncü hakim funksiyasını isə kiprli referilərdən biri yerinə yetirəcək.
APOEL – “Qəbələ” görüşü oktybarın 2-si Bakı vaxtı ilə 18:00-da başlayacaq. Cavab oyunu oktyabrın 24-ü Qəbələdə keçiriləcək.