"Qarabağ" və "Sevilya"- start heyətləri

20:41 - 19 Sentyabr 2019 - İDMAN

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

Ardıcıl 6-cı dəfə qrupda çıxış edən Ağdam təmsilçisi I turda İspaniyanın “Sevilya” komandası ilə görüşəcək. Qurban Qurbanovun yetirmələri La Liqanın liderini evdə qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.

Avropa Liqası

Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevgeni Aranovski (Ukrayn a)

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Geye

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Fayçal Rerras
Baş məşqçi: Qurban Qurbanov

Sevilya: 1. Tomaş Vatslik, 11. Munir, 12. Jül Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Joan Jordan

Ehtiyat oyunçular: 13. Yassin Bouno, 3. Serxi Qomes, 7. Runu Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando Rejes
Baş məşqçi: Xulen Lopeteqi
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
/Apa

Xəbər xətti